"Rabitəbank" törəmə investisiya şirkətinin nizamnamə kapitalını artıra bilər
Far.Az xəbər saytı

"Rabitəbank" törəmə investisiya şirkətinin nizamnamə kapitalını artıra bilər


Sentyabrın 8-də, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması, "Capital Partners İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 6,03 %-I Aslan Xasiyevə, 0,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
"Rabitəbank"ın problemli kreditləri 8 %-ə yaxın artıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər