Premyer Liqada 100-cü matçını keçirən Yusif İmanov: "Ən böyük məqsədim Avropada oynamaqdır"
Misli Premyer Liqasında 100-cü matçını keçirən "İmişli"nin qapıçısı Yusif İmanovun əsas hədəfi milliyə layiq olmaq və gələcəkdə Avropa klublarında çıxış etməkdir.
Qolkiper bunu "Far.Az"a açıqlamasında deyib.
O, yubiley matçının daha əvvəl reallaşmalı olduğunu vurğulayıb:
"Müəyyən səbəblərdən bir müddət oynamadığıma görə 100-cü matçım təxirə düşdü. Bu göstəriciyə daha gənc yaşda çatmaq istəyirdim, lakin qismət belə imiş. Xoşbəxtəm və ümid edirəm ki, qarşıda daha çox oyunda meydana çıxacağam".
23 yaşlı qapıçı komandasının Premyer Liqanın II turunda "Zirə"yə 1:3 hesablı məğlubiyyətinə də toxunub:
"Təəssüf ki, uduzduq. Lakin mövsüm yeni başlayıb. Məqsədimizə çatmaq üçün səylə çalışırıq. İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik, çünki heyətdə keyfiyyətli futbolçular və yaxşı məşqçilər korpusu var. Buraxdığım qolların sayına gəlincə, bu statistikaya fikir vermirəm. Əsas olan işimi ən yaxşı şəkildə görmək, həm özümün, həm də komandanın inkişafına kömək etməkdir".
Y.İmanov hədəflərini də bölüşüb:
"Əsas məqsədim günü-gündən inkişaf etməkdir. Daha yaxşı performans göstərəcəyimi bilirəm. Minimum sayda qol buraxaraq komandaya fayda vermək və milli komandaya layiq olmaq istəyirəm. Futbola başladığım gündən əsas hədəfim dəyişməyib - Avropada oynamaq istəyirəm. Lakin hazırda bütün diqqətimi "İmişli"nin uğurları üçün ən yaxşısını etməyə yönəltmişəm".
Qeyd edək ki, Y.İmanov Misli Premyer Liqasının II turunda, "Zirə" ilə matçda ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Oxşar xəbərlər
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir













