Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb
Far.Az xəbər saytı

Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb


Şımkənd (Qırğızıstan) hava limanında dəyəri 227,8 milyon tengə (503 min dollar) olan təxminən 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb.

"Far.Az" Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nəqliyyat Prokurorluğundan bildirilib.

"Özbəkistan vətəndaşları qiymətli metalı Şımkənd hava limanı vasitəsilə qeyri-qanuni olaraq Türkiyəyə aparmağa cəhd ediblər. Qızılı gömrük nəzarətindən gizlətmək üçün onun zərrəcikləri çamadanların daxili astarına və baqajın qablaşdırmasına çəkilib", - məlumatda qeyd olunub.

Baş Nəqliyyat Prokurorluğunun vəsatətləri əsasında aşkar edilmiş qızıl müsadirə olunub. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib.

Məhkəməyəqədərki istintaq davam edir.

Oxşar xəbərlər

SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Bakıda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər