Bazarlarda meyvə-tərəvəz bahalaşıb
Far.Az xəbər saytı

Bazarlarda meyvə-tərəvəz bahalaşıb


Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bazarlarda mövsümi məhsullar bol olsa da, qiymətlər yüksəkdir.

Satıcıların sözlərinə görə, bu il məhsullar ötən illə müqayisədə daha bahadır. Belə ki, qiymətlərdə minimum artım kiloqram başına 50 qəpikdən çoxdur.

Satıcılar qiymət artımının müxtəlif səbəblərdən qaynaqlandığını bildirirlər. Onların sözlərinə görə, bahalaşma davam edə bilər.

Alıcılar isə ən çox meyvələrin bahalaşdığını qeyd edirlər.

İstehsalçıların sözlərinə görə, paytaxt bazarlarında məhsulların rayonlardakı qiymətlərlə müqayisədə daha baha satılmasının səbəbi daşınma və digər xərclərin məhsulun maya dəyərinə əlavə olunmasıdır.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər