Deputat: Azərbaycan Cənubi Qafqaz tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə nəinki Azərbaycanın müasir tarixində, bütövlükdə ölkənin çoxəsrlik tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər zaman bu qələbənin regional və beynəlxalq əhəmiyyət daşıdığını xüsusi vurğulamaq lazımdır.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövləti öz qələbəsi ilə regiona sülh, əmin-amanlıq və təhlükəsizlik gətirmiş oldu:
“Dörd il bundan əvvəl münaqişə vəziyyətində yaşayan xalqlar və ölkələr arasında yeni münasibətlər sistemi, sülh gündəliyi formalaşıb. Ermənistan tərəfindən səsləndirilən bəyanatların bəzisi səmimilik testindən uğurla keçə bilməsə də, bütövlükdə iki ölkə arasında və Cənubi Qafqazda hərbi ritorikanın siyasi ritorika ilə əvəz olunduğu aydın şəkildə müşahidə edilir. Bu gün bölgədə əmin-amanlıq hökm sürür. Qazandığımız qələbə ilə ilk növbədə haqsızlıq və ədalətsizliyə qarşı uğurlu mübarizə aparmağın yolunu göstərdik”.
Deputat Bəhruz Məhərrəmov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsində tarixin gedişatını dəyişdi və nəticə etibarı ilə bu gün Azərbaycan region tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir”.
“Vətən müharibəsindən sonra yırtılan maskalar göstərir ki, Qərb bu bölgədə işğal arzulayırdı, milli iradə işğala son qoydu, onlar separatizmin dayanıqlığında maraqlı idi, İlham Əliyev Avrasiya məkanında ilk dəfə Azərbaycanda separatizmin kökünü kəsdi. Qonşu dövlətlərdə seçki qutusuna qədər "girənlər" İlham Əliyevin sayəsində bu günə qədər Azərbaycana şərti sərhədlərdən binoklla baxmaqdan və heç bir hüquqi-siyasi əhəmiyyətə malik olmayan bəyanatlardan irəli gedə bilməyiblər”, - B.Məhərrəmov əlavə edib.
Deputat Kamal Cəfərov isə qeyd edib ki, qazanılan qələbə Azərbaycan gəncliyinin azad, müstəqil və sülh içərisində yaşaması üçün güclü, eyni zamanda tarixi başlanğıcdır: “8 Noyabr – Zəfər Günü tək müasir silahların gücü yox, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, xalqımızın birliyinin, həmrəyliyinin gücüdür. Bu gün yeni nəsil yetişir və antimilli qüvvələrin, Qərbin əsas hədəfi məhz bu gənc nəsildir. Gənclərin düşüncələrini zəhərləmək, onları xalqımıza, dövlətimizə, xüsusilə də ənənəvi dəyərlərimizə qarşı yönləndirmək istəyirlər. Bu, heç vaxt alınmayıb və alınmayacaq. Buna baxmayaraq, yeni nəsil tariximizi düzgün öyrənməlidir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













