Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir
Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatıb. Daha 1300 nəfər isə itkin düşüb. Onların arasında xarici turistlərin olduğu bildirilir.
***16.12
Nepal ilə Çin sərhədində baş verən təbii fəlakətin acı nəticələri ağırlaşmaqda davam edir. Bhotekoşi çayının məcrasından çıxması nəticəsində yaranan güclü daşqınlar bölgədə böyük dağıntılara yol açıb.
BAKU.WS xəbər verir ki, Nepal polisinin yaydığı son məlumata görə, həyatını itirənlərin sayı iki dəfə artaraq, 332 nəfərə yüksəlib.
Ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Agentliyi (NDRRMA) isə fəlakət bölgəsində axtarışların davam etdiyini bildirib.
Hazırda 539-u xarici turist olmaqla, ümumilikdə 826 nəfər itkin düşmüş hesab olunur.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq və axtarış-xilasetmə tədbirlərini sürətləndirmək üçün dövlət qurumları səfərbər edilib.
İtkin düşənlərin axtarışı üçün fəlakət zonasına 2,000 hərbi qulluqçu cəlb edilib. Xilasetmə əməliyyatlarına 3,318 polis əməkdaşı ilə dəstək verir.
*** 11:16
Nepalın dağlıq Rasuwa rayonu və ətraf ərazilərindəki daşqın nəticəsində ölənlərin sayı 162 nəfərə yüksəlib.
BAKU.WS "The Kathmandu Post"a istinadən xəbər verir ki, Bhotekoshi çayının məcrasından çıxması nəticəsində çoxlu sayıda yaşayış məntəqəsi və bina ciddi zərər görüb. Yüzlərlə insandan xəbər yoxdur
Ərazidə hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam edir.
Nepal Baş Nazirliyinin verildiyi son rəsmi məlumata görə, 44 təhlükəsizlik əməkdaşı və 391-i əcnəbi olmaqla yüzlərlə şəxs itkin düşüb.
Nepal mətbuatında yer alan xəbərlərə görə, həmin əcnəbi vətəndaşların Rasuwa ilə sərhəddə yerləşən Çinin Tibet Muxtar Regionundakı müqəddəs Kailash Mansarovar ərazisinə dini ziyarətə gedən zəvvarlardır.
Axtarışlara hərbi və özəl helikopterlər cəlb edilsə də, əlverişsiz hava şəraiti səbəbindən bəzi təyyarələr geri qayıtmaq məcburiyyətində qalıb və əraziyə əlavə qüvvələrin göndərilməsi çətinləşib.
Xilasedicilər əlverişsiz şəraitə baxmayaraq, dağıntılar altında və sel sularında qalan şəxslərin tapılması üçün işləri aralıqsız davam etdirirlər.
Mütəxəssislər fəlakətin əsas səbəbi kimi dağlıq ərazidəki buzlaq gölünün daşması ehtimalını bildiriblər.
Daşqınlar təkcə Nepal ilə məhdudlaşmayıb. Çinin Tibet Muxtar Regionundakı Gyirong sərhəd məntəqəsi yaxınlığında güclü torpaq sürüşmələrinə yol açıb.
Nepalda baş verən dəhşətli daşqınlardan sonra 579 nəfər itkin düşmüş hesab olunur. Məlumata görə, itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşıdır.
Daha 113 nəfər isə Nepalın öz sakinidir.
Oxşar xəbərlər
Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb













