Dmitro Şlapaçenko: BMT əməkdaşları Qarabağ Universitetində məruzələrlə çıxış edə bilər
BMT-nin müvafiq strukturlarının əməkdaşlarının Qarabağ Universitetində məruzələrlə çıxış etmələri müzakirə olunub.
"Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq çərçivəsində jurnalistlərə açıqlamasında təşkil olunan tədbirdə BMT-nin Azərbaycandakı rezident koordinatoru Dmitro Şlapaçenko deyib.
Onun sözlərinə görə, BMT-nin yaradılmasının növbəti ildönümnünün Qarabağda qeyd edilməsi rəmzi məna daşıyır:
"Bu günkü dialoqda BMT-nin müxtəlif agentliklərinin nümayəndələri iştirak edirlər. Azərbaycan hökumətində peşakar mütəxəssislər çalışır və ölkənin Qarabağ regionunun inkişafı ilə bağlı gözəl baxışları var. BMT bu məsələdə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. BMT həmçinin Qarabağ Universitetini dəstəkləməyə hazırdır və bu çərçivədə təklif etdik ki, gələn ilin yanvar ayından başlayaraq BMT agentliklərin əməkdaşları Qarabağ Universitetində məruzələrlə çıxış etsinlər. Düşünürük ki, universitetinin inkişafı region üçün çox vacibdir. Biz Qarabağ regionunda öz faliyyətimizi inkişaf etdirmək niyyətindəyik".
YENİLƏNİR
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndiyə gələn turistlərin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib













