"Daşkənd Fond Birjası" ABB ilə müqavilədən sonra "Davr Bank"ın səhmləri ilə ticarəti bərpa edir
Far.Az xəbər saytı

"Daşkənd Fond Birjası" ABB ilə müqavilədən sonra "Davr Bank"ın səhmləri ilə ticarəti bərpa edir


"Daşkənd Fond Birjası" "Davr Bank"ın adi səhmləri ilə ticarəti bərpa edib və onları öz birja kotirovka siyahısına daxil edib.

Bu barədə "Far.Az" birjaya istinadən xəbər verir.

Bankın qiymətli kağızları ilə ticarət bu il avqustun 28-dən bərpa olunacaq.

2021-ci ilin fevralında bankın səhmləri birja listinqindən çıxarılmışdı.

Xatırladaq ki, bu il avqustun 23-ü Daşkənddə "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) "Davr Bank"ın nəzarət səhm paketinin (51 %) əldə edilməsinə dair müqavilə imzalayıb.

Daha əvvəl ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirmişdi ki, Azərbaycan bankının Özbəkistan bankının səhmlərinin alınmasına yatıracağı investisiyaların məbləği 100 milyon ABŞ dollarını ötəcək.

"Davr Bank" Özbəkistanda 2001-ci ilin sentyabrından fəaliyyət göstərir.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər