Yunanıstanda sualtı elektrik xətti tikiləcək
Yunanıstanın enerji sistemi operatoru olan ADMIE, Kos adası ilə ölkənin materik hissəsindəki Korinf şəhəri arasında dəyəri 1,48 milyard avro olan yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisi layihəsinin icrasına başlayır.
"Far.Az" ADMIE-nin rəsmi məlumatına istinadən xəbər verir ki, operator "Hellenic Cables" şirkəti ilə sualtı və yeraltı elektrik kabellərinin layihələndirilməsi, istehsalı və çəkilməsi barədə müqavilə imzalanıb.
Sazişin imzalanması layihənin icrasının başlandığını göstərir. Yaxın vaxtlarda kabellərin çəkilməsi üçün zəruri olan dəniz dibinin tədqiqatlarına başlanması planlaşdırılır.
Layihə 320 kV gərginliyə və 1 000 MVt ötürücülük qabiliyyətinə malik yüksək gərginlikli sabit cərəyan xəttinin yaradılmasını nəzərdə tutur. Kabel sisteminin ümumi uzunluğu 1 260 km sualtı və 30 km yeraltı xətlər daxil olmaqla, təxminən 1 290 km təşkil edəcək.
Korinf və Kosun birləşdirilməsi Dodekanes arxipelaqı adalarının Yunanıstanın materik hissəsinin vahid enerji sisteminə inteqrasiyasının ilk mərhələsi olacaq. Gələcəkdə yüksək gərginlikli şəbəkəyə Rodos və Karpatos adalarının, eləcə də regionun bir sıra kiçik adalarının qoşulması planlaşdırılır.
Layihə qismən Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdirilir. Bundan əlavə, o, Adaların Dekarbonizasiyası Fondundan və Ədalətli Keçid Mexanizmi çərçivəsində qrant maliyyələşdirilməsinin ayrılması üçün müsbət qiymətləndirmə alıb.
Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru layihəni Dodekanes adalarının enerji izolyasiyasının aradan qaldırılması istiqamətində mühüm addım adlandırıb.
"Bu, 1,5 milyard avro həcmində investisiya və Dodekanesin materik enerji sisteminə qoşulması istiqamətində ilk həlledici addımdır. Kos, daha sonra isə Rodos, Karpatos və regionun kiçik adaları daha sabit, ekoloji təmiz və əlçatan elektrik təchizatı əldə edəcək ki, bu da neft məhsulları ilə işləyən bahalı elektrik stansiyalarından asılılığı azaltmağa imkan verəcək", - nazir bildirib.
Onun sözlərinə görə, layihənin icrası həmçinin enerji təchizatının etibarlılığını artırmağa, yerli iqtisadiyyatı və turizm sahəsini dəstəkləməyə, eləcə də istehlakçıların elektrik enerjisi xərclərini azaltmağa imkan verəcək.
"Hellenic Cables" şirkətinin məlumatına görə, tikintinin başa çatdırılması 2030-cu ilə planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













