Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"
"İstəməzdim ki, oyun belə olsun".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi məğlub olmaq istəmədiklərini bildirib:
"Çox həvəsli və istəkli idik. Əfsuslar olsun ki, belə oldu. Futbolda belə şeylər olur, səhvlərimiz də oldu. Çatışmazlıqlarımız var idi. Çox döyüşkən komandaya qarşı oynadıq. Konfrans Liqasının liqa mərhələsində oynamağı çox istəyərdik. Bundan sonra da işimizə məsuliyyətlə yanaşmalıyıq.
Azarkeşlərimizə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Hücum xəttimizdə çatışmazlıqlar var idi. Belə komandaya qarşı oyunda hücumda daha sürətli olmalı idik. Rəqib topla çox yaxşı rəftar edən komanda idi.
Biz rəhbərliklə də heyəti yeniləməyə başlayanda geniş söhbətimiz olmuşdu. Heyətdə dəyişiklik lazım idi. Düşünürdük ki, bizə üç ay, hətta dekabra qədər vaxt lazımdır. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda olmamaq faydalı ola bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu futbolçular üçün əlavə məsuliyyət və təcrübə demək idi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













