ASCO-da gəmilərin təmiri nəticəsində yanacağa 2-3 % qənaət edilir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) gəmilərin təmiri nəticəsində yanacağa 2-3 % qənaət etməyə imkan verir və ümumilikdə emissiyaların azalması ilə nəticələnir.
“Far.Az” ASCO-ya istinadla xəbər verir ki, enerji sərfiyatında qənaətə nail olmaq, xüsusilə mühərriklərə düşən gücü azaltmaq üçün təmirə gələn gəmilərin sualtı hissələrinin də tez-tez təmizlənməsi, işıqlanma sistemlərinin led lampalarla əvəzlənməsi, onların pərlərinin cilalanması da xüsusi rol oynayır.
ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir işləri zamanı dəniz ekosistemlərinin qorunması və karbon emissiyalarının azaldılması kimi qlobal məqsədlərə nail olmaq üçün mütəmadi yeni yanaşmalar və innovativ həllər tətbiq edilir.
Bu prinsipə müvafiq beynəlxalq konvensiyaların və təsnifat cəmiyyətlərinin tələblərinə uyğun olaraq, müəyyən vaxt dövrü ilə ASCO-nun istər nəqliyyat, istərsə də ixtisaslaşmış ofşor donanmasının gəmilərinin həm tərsanə, həm də əsaslı təmiri zamanı riayət olunur.
Ümumilikdə təmir çərçivəsində alınan bütün materiallar ekoloji normalara uyğun seçilir, ən əsası onların enerji səmərəliliyi nəzərə alınır.
Gəmilərin fəaliyyəti nəticəsində ətraf mühitə təsirlərin azaldılması məqsədilə təmir çərçivəsində onların gövdələri təmizlənir, əsas və köməkçi mühərrikləri müasir, daha az tullantılı mühərriklərlə əvəzlənir. Təkcə 2022-2023-cü illər ərzində 180 gəminin gövdəsi təmizlənib, 33 ədəd köməkçi, 7 ədəd əsas mühərrik alınaraq gəmilərə quraşdırılıb.
ASCO-da gəmi təmiri sahəsində tətbiq olunan effektiv tullantı idarəetmə sistemi ilə təmir prosesində yaranan tullantıların minimuma endirilməsi, təkrar emalı və düzgün utilizasiyası da nəzarətdə saxlanılır.
Qeyd edək ki, ASCO-da təmir nəticəsində yanacaq sərfiyatının və emissiyaların azaldılması istiqamətində davamlı araşdırmalar və qiymətləndirmələr aparılır. Bununla əlaqədar gələcəkdə gəminin gövdəsinin xüsusi robot avadanlıqlarla təmizlənməsi kimi müxtəlif yanaşmaların tətbiqi də nəzərdə tutulur.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu














