Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb.
"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, "Baku Open" turnirinin böyük tarixinin olduğunu bildirib:
"Yarışın başlanğıcı 1990-cı illərə təsadüf edir. Son illərdə beynəlxalq şahmat festivalına çevrilib. Bu formatda dördüncü belə turniri təşkil edirik. Hazırda ötən illərə nisbətən rekord sayta iştirakçı qeydə alınıb. 15 fərqli ölkədən qonaqlar gəlib. "Baku Open" Azərbaycan Şahmat Turunun birinci mərhələsi kimi qəbul olunub. Bundan sonra bölgələrdə yarışlar baş tutacaq. Şahmatçılara uğurlar arzulayıram".
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













