Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprelda Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan "Tianguis Turistico Mexico 2026" sərgisində iştirak edib.
"Far.Az" Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Büronun İdarə Heyətinin sədri Florian Zenqstşmid Meksikanın Turizm Katibliyinin Təbliğat, İnnovasiya, Dayanıqlılıq və Turizm Peşəkarlığının Artırılması üzrə rəhbəri Miqel Aqinya Rodrigez, eləcə də Meksika Turizm Assosiasiyaları Federasiyasının (FEMATUR) Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arnau Avila ilə ikitərəfli görüşlər keçirib.
Turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.
Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyasının "Tianguis Turístico" çərçivəsində təşkil etdiyi xüsusi tədbirdə ATB nümayəndəsi Azərbaycanın tarixi, mədəni irsi və müxtəlif turizm imkanları barədə təqdimatla çıxış edib.
50-ci dəfə keçirilən "Tianguis Turistico" Meksika və ümumilikdə Amerika qitəsinin ən nüfuzlu turizm tədbirlərindən biri hesab olunur. Platforma qlobal turizm sənayesinin nümayəndələrini, dövlət qurumlarını, aviaşirkətləri və beynəlxalq təşkilatları bir araya gətirir.
Azərbaycanın tədbirdə iştirakı ölkəmizin beynəlxalq turizm əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və turizm potensialının Amerika bazarında daha geniş tanıdılması baxımından əhəmiyyət daşıyır.
Meksika vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
"Şikayətimizi eşidən yoxdur, zülm çəkirik" - Nərimanovdan ŞİKAYƏT
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!













