Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı
Mütəxəssislər Çin istehsalı olan avtomobillərin ən həssas hissəsinin radiator sistemi olduğunu bildiriblər.
Far.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, müasir avtomobillərdə istifadə olunan alüminium radiatorlar daha yüngül olsa da, zərbələrə qarşı daha həssasdır. Xüsusilə iri torlu radiator barmaqlıqları daş və metal qırıntılarının daxil olaraq sistemi zədələməsi riskini artırır.
Bildirilib ki, bu problem əsasən yüksək sürətlə hərəkət zamanı, xüsusilə yay mövsümündə şəhərlərarası yollarda daha çox müşahidə olunur. Kiçik daş parçaları belə radiatora ciddi ziyan vura bilər və bu da mühərrikin həddindən artıq qızmasına səbəb ola bilər.
Mütəxəssislər avtomobil sahiblərinə radiatoru qorumaq üçün əlavə metal qoruyucu tor quraşdırmağı və soyutma sistemini mütəmadi təmizləməyi tövsiyə edirlər. Bu tədbirlərin mümkün nasazlıqların qarşısını almaqda effektiv olduğu vurğulanır.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













