Qurban Qurbanov: "Hücum xəttində çatışmazlıqlarımız var idi"
"Qarabağ" hücum xəttində problemlərlə üzləşib.
"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından sonra deyib.
O, komandanın mübarizə apardığını bildirib:
"Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız var idi. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük.
Rəqibi təbrik edirəm. İrəliyə daha yaxşı baxmalıyıq. Futbolçulara heç nə demədim. Möhtəşəm dəstək gördük. Azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək
-
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir













