"Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik"
"Həm keçən oyuna, həm də indiki oyuna yaxşı hazırlaşmışdıq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Tvente" klubunun baş məşqçisi Con van den Brom deyib.
Baş məşqçi ilk oyunda məğlub olmalarına baxmayaraq, kifayət qədər qol imkanları yaratdıqlarını bildirib:
"Həmin məğlubiyyətdən sonra oyuna çox yaxşı hazırlaşmışdıq. Bütün həftə ərzində rəqibi analiz etmişdik. Məhz bunun sayəsində kifayət qədər güclü rəqiblə qarşılaşacağımızı öyrənmiş olduq. Fikrimcə, bu hesabla qalib gəlmişiksə, deməli, bizim üçün çətin oyun olmadı.
Ən böyük çətinlik 1:0 hesabı ilə geri düşmək idi. Məhz o qoldan sonra komandam oyunu daha böyük mübarizə əzmi ilə davam etdirdi. Etdiyim dəyişikliklər nəticəsində məğlubiyyətin qarşısını ala bildik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək
-
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir













