Azərbaycanda 1 milyon 100 min pensiyaçı var
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.
2026-cı ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 15,9 min ailəyə 16,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,5 min nəfərə birdəfəlik müavinətlər verilib.
2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 97,9 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 405,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Azərbaycanda sosial təminatla bağlı vəziyyət açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













