Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb


Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 501,1 milyon manat təşkil edib.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,55 %, ötən il avqustun 1-i ilə müqayisədə 6,5 % çoxdur.

Depozit portfelinin 50 %-i, yaxud 22 milyard 244,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,8 % artaraq 17 milyard 896,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 41,8 % artaraq 4 milyard 360,2 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 823 milyon manatı (1 il əvvələ nisbətən 6,2 % çox) qısamüddətli, 20 milyard 678,1 milyon manatı (+6,85 %) isə uzunmüddətli olub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
Azərbaycanda bank depozitləri il ərzində 2 %-dən çox artıb
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 18 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər