Coşqun Əliyev qızıl medal qazanıb
Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl medal qazanıb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
Yarışa inamlı start verən C.Əliyev ilk görüşündə 2025-ci il deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.
İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçu son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, C.Əliyev qızıl medal qazanaraq "Masters Top 18" turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.
Oxşar xəbərlər
Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib













