Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Far.Az xəbər saytı

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib


Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Somalinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Qüvvələrimizin davamlı təzyiqi altında qalan piratlar gəmini tərk etməyə məcbur oldular. Hərbçilər "MV Lutuf"un göyərtəsindəki vəziyyətə tam nəzarət edirlər. Gəmi hərəkətini bərpa edib", - qurumdan qeyd edilib.

Somalinin şimal rayonları yaxınlığında 10 gün davam edən əməliyyat zamanı dörd kater və 14 pirat məhv edilib. Hərbi qulluqçuların sıralarında itkilər barədə məlumat verilməyib.

Xatırladaq ki, avqustun 17-də Kamerun bayraqlı yük gəmisi Somalinin Puntlend ştatının Nuqal regionunda hücuma məruz qalıb. Onun göyərtəsində 10 nəfər olub: altı Hindistan, iki Serbiya və hərəsindən bir nəfər olmaqla, Türkiyə və Gürcüstan vətəndaşı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İrandan Azərbaycana indiyədək 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub - YENİLƏNİB
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər