Amerikalı təlimatçılar Azərbaycanın Milli Müdafiə Universitetində məşğələlər keçəcək
Far.Az xəbər saytı

Amerikalı təlimatçılar Azərbaycanın Milli Müdafiə Universitetində məşğələlər keçəcək


Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Dil İnstitutu (DLI) təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-nin Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək. Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər