Leyla Əliyeva ilə Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər
Far.Az xəbər saytı

Leyla Əliyeva ilə Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər


Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.

"Far.Az" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.

"Marina Bay"də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.

Qaliblər "Sərginin veteranı", "Qızıl standart", "Canlı əfsanə", "Nadir incilər", "Dövrün stil ikonası", "Dövrün ruhu", "Vintaj zərifliyi", "Ənənələrin qoruyucusu", "Yarış əfsanəsi", "Dəmir aristokrat", "Zəhmətkeş əfsanə", "Xalqın sevimlisi", "Dövrün səsi" və "Zaman kapsulu" nominasiyaları üzrə müəyyənləşdirilib.

Qonaqlara musiqi proqramı da təqdim edilib.

Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər