Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı
Hər addımbaşı cəmiyyətdə və sosial şəbəkələrdə "narsist" sözünə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən və daim diqqət gözləyən hər kəsi asanlıqla narsist adlandırırlar.
Bəs özünə güvənən hər şəxsi narsist adlandırmaq düzgündürmü?
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Narsist insanlar yalnız özlərini birinci yerə qoyurlar. Qarşılarındakı insanın fikri onlar üçün maraqlı deyil. Manipulyasiya edirlər", - sakinlərdən biri deyib.
"Ən çox kişilərdə bunu eşitmişəm, amma qadınlarda da var. İnsan çox hörmət və sevgi görməyəndə artıq özünə söz verir ki, mən dəyişəcəyəm və insanlara ikinci dərəcəli baxacağam", - başqa bir sakin bildirib.
Bəs əsl narsist kimdir?
Psixoloq Rəxşan Əli Əzimzadənin sözlərinə görə, narsizmin əsas xüsusiyyətləri arasında tənqidə dözümsüzlük, empatiyanın zəif olması və bəzən insanlardan öz məqsədləri üçün istifadə etmək yer alır:
"Amma burada çox vacib məsələ budur ki, özünə güvənən hər insan narsist deyil. Narsist başqasını əzən insandır. Sağlam özünəsevgi deyir ki, mən dəyərliyəm. Amma narsist birisi deyir ki, mən səndən daha dəyərliyəm və səni aşağı təbəqədə görür.
Psixologiyada biz davamlı davranış modelinə baxmalıyıq. Müəyyən narsistik xüsusiyyətlər hər bir insanda ola bilər. Təriflənməkdən xoşlanmaq, uğur qazandıqda fəxr etmək normaldır. Narsizmdə isə bunlar həddindən artıq böyüdülür.
Münasibətin əvvəlində belə insan çox cazibədar görünə bilər. Sizi çox xüsusi hiss etdirə, hətta idealizə edə bilər. Münasibət dərinləşdikcə isə diqqət və təsdiq ehtiyacı, tənqidə dözümsüzlük ortaya çıxır. "Başqası kimdir ki, o mənə bu sözləri desin?" düşüncəsi yarana bilər.
Bununla yanaşı, empatiyanın zəifliyi, manipulyativ cümlələrdən istifadə, emosional təzyiq və nəzarət etmək istəyi də özünü göstərə bilər".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir













