Azərbaycanın stolüstü tennisçisi Fransada qızıl medal qazanıb
Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən "Euro Mini Champs" yarışında uğurla çıxış edib.
"Report" xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb.
Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq













