Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!"
Far.Az xəbər saytı

Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!"


Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasibətilə onlayn təbrik etməli olub.

BAKU.WS xəbər verir ki, Burakın bu addımı birmənalı qarşılanmayıb.

Xəbəri görən hamı aktyoru bacısının toyunda iştirak etmədəyinə görə kəskin şəkildə qınayıb.

Söz-söhbətdən bezən aktyor bu barədə sosial şəbəkədə açıqlama yayıb.

O bildirib ki, izləyicilər tənqidləri ilə yeni ailə quran cütlüyün xoşbəxtliyinə kölgə gətirir.

Hamı öz fikirlərini özünə saxlasın və ailəsi ilə məşğul olsun.

"Dostlar, niyə bu qədər pis insanlar oldunuz? Bütün ailə xoşbəxtkən, niyə yeni evlənən bir cütlüyü bu qədər bədbəxt edirsiniz? Onlar bizim ailəmizdir, canımızdır... Kimə və niyə bu qədər hücum edirsiniz? Uydurduğunuz hekayələri, mənasız şərhlərinizi gedin öz həyatlarınıza tətbiq edin. Bizi və ailəmizi rahat buraxın!" - deyə Burak bildirib.

Bacısının toyuna getməyən Burak Özçivit:

Qeyd edək ki, Burçun Özçivit Bafradan olan Hasan Sağdıçla evlənib. Bafraya köçdüyünü açıqlayan Burçun "Həyat yoldaşım sayəsində Bafraya hələ tanımamışdan əvvəl aşiq oldum. Qəbul etsəniz, indi Bafra sakiniyəm" deyə bildirib.

Oxşar xəbərlər

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Oğlunun məzarına getməyən şəhid atası: "Onu torpaq altında təsəvvür edə bilmirəm"
Burak Özçivitin başına tac qoyub, kral etdilər - 20 milyon pul da veriləcək
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər