Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur
Far.Az xəbər saytı

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur


Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur.

"Far.Az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumunun imzalanması mərasimində deyib.

O bildirib ki, əməkdaşlığın daha da effektiv və səmərəli olması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilir.

Baş prokuror hər iki ölkədə prokurorluq orqanlarının hüquq-mühafizə sahəsində mühüm əlaqələndirici rola malik olduğunu vurğulayıb.

K.Əliyev qeyd edib ki, Azərbaycan və Çin prokurorluqları arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və tərəflər iki ölkənin və xalqların mənafeyi naminə daha səmərəli və məhsuldar əməkdaşlığın qurulması üçün səylərini davam etdirirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər