Bişkekdə dünya çempionu olan Gözəl Zutova: "Finalda özümdən 50 kiloqram ağır idmançıya qalib gəldim"
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən belbağlı kuraş üzrə dünya çempionatının qalibi olan Gözəl Zutova özündən 50 kiloqram ağır rəqibini məğlub edib.
İdmançı bunu "Report"a açıqlamasında deyib.
O, gərgin keçən yarışda güclü rəqiblərinə qalib gəldiyini diqqətə çatdırıb:
"Yarış çox maraqlı keçdi, çünki kimin qalib gələcəyini əvvəlcədən təxmin etmək olmurdu. Dünya çempionu olan amerikalı pəhləvan və indiyədək heç kimə uduzmayan Tacikistan təmsilçisi belə məğlub oldu. Çempionatda 61 ölkənin idmançıları mübarizə aparırdılar. Həm klassik, həm də sərbəst növ üzrə ümumilikdə 6 qarşılaşmaya çıxdım və hamısında qələbə qazandım".
G.Zutova həlledici görüşlərdəki rəqibləri və çəki fərqi barədə də danışıb:
"Sərbəst növdə yarışanda çəkim 77 kiloqram idi. Rəqiblərim isə daha ağır idilər. Ən çətin rəqibim Özbəkistan təmsilçisi oldu, çünki o, məndən 50 kiloqram ağır idi. Əvvəllər ona uduzsam da, bu dəfə finalda qalib gəldim. Klassik növdə isə həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlub etdim".
O, növbəti planları ilə bağlı sualı da cavablandırıb:
"Hələlik qarşıda heç bir yarışım yoxdur. Hazırda məşqçilik edirəm, tələbələrim var və onları növbəti turnirlərə hazırlayıram".
Xatırladaq ki, turnirdə +76 kq çəki dərəcəsində yarışan G.Zutova kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada qızıl medal qazanıb.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













