Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Polşa Milli Prokurorluğu dronlar üçün ehtiyat hissələri istehsal edən zavodun yandırılmasında xarici kəşfiyyatın ehtimal olunan iştirakı faktı üzrə istintaqa başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə nəzarət orqanının məlumatında deyilir.
Söhbət avqustun 31-də Skarjisko-Kamennedə "WB Electronics" şirkətinin anbar binalarının qəsdən yandırılmasından gedir. Prokurorluğun məlumatına görə, yanğın tərkibində tezalışan maddələr olan partlayıcı qurğudan istifadə etməklə törədilib. Nəticədə anbar məhv olub, dəymiş ziyan isə ən azı 15 milyon zlota (4 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir.
İş xarici kəşfiyyat fəaliyyətində iştiraka görə məsuliyyəti nəzərdə tutan Polşa Cinayət Məcəlləsinin 130-cu maddəsi üzrə aparılır.
Hadisə yerində prokurorlar, Daxili Təhlükəsizlik Agentliyinin və Keltsedəki Baş Polis İdarəsinin əməkdaşları çalışır. Hələlik heç kimə ittiham irəli sürülməyib.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













