İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb
Far.Az xəbər saytı

İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb


MLS-in müntəzəm çempionatında "İnter Mayami" səfərdə "Atlanta Yunayted"lə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.

BAKU.WS xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Luis Suaresin ötürməsindən sonra meksikalı futbolçu Erman Berterame hesabı açıb.

Matçın 56-cı dəqiqəsində Lionel Messi Berteramenin ötürməsini qola çevirib. Dörd dəqiqə sonra isə argentinalı ulduz Suaresin assistindən sonra yenidən fərqlənərək dubl edib.

"Atlanta Yunayted" 89-cu dəqiqədə Fafa Pikonun penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb.

Qələbədən sonra xallarını 55-ə yüksəldən "İnter Mayami" Şərq Konfransında ikinci pillədə qərarlaşıb. 30 xalı olan "Atlanta Yunayted" isə 14-cü yerdədir.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı
"İnter Mayami" ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər