ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Far.Az xəbər saytı

ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib


Klark dairəsinin andlıları 63 yaşlı Dueyn "Keffe Di" Devisi musiqi tarixində ən səs-küylü və uzun müddət açılmamış cinayətlərdən biri olan hip-hop ifaçısı Tupak Şakurun qətlini təşkil etməkdə təqsirkar biliblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Southside Compton Crips" küçə qruplaşmasının keçmiş liderinə ölümcül silahdan istifadə etməklə qətl maddəsi üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. İrəli sürülmüş ittihama əsasən, Devisi ömürlük həbs cəzası gözləyə bilər. Hökmün oxunması oktyabrın 13-nə planlaşdırılıb.

Nevada ştatının qanunlarına əsasən, hətta tətiyi şəxsən o çəkməsə belə, Devis qətlə görə məhkum edilə bilər.

Məhkəmə prosesi avqustun 17-də başlayıb. İttiham tərəfi saatlarla davam edən danışıqların səs yazısını təqdim edib ki, həmin yazılarda Devis 7 sentyabr 1996-cı ildə Şakur və onun əhatəsindəki şəxslərin kazinoda Devisin qardaşı oğlunu döyməsindən sonra çox qəzəbləndiyini bildirib.

Tupak Şakura 7 sentyabr 1996-cı ildə Las-Veqasda yanından ötən avtomobildən atəş açıblar. O, Mayk Taysonun iştirak etdiyi boks qarşılaşmasını izlədikdən sonra gecə klubuna gedirmiş. Reperin əvvəlcə huşu yerində olub, lakin xəstəxanada onu süni komaya salıblar. Sentyabrın 13-də Tupak güllə yaralarının səbəb olduğu kəskin tənəffüs çatışmazlığından vəfat edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
KİV: P. Diddi Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər