"20 Sentyabr" metrostansiyası gələn ilin ortasına qədər istismara veriləcək
Far.Az xəbər saytı

"20 Sentyabr" metrostansiyası gələn ilin ortasına qədər istismara veriləcək


"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin ortasına qədər tam istismara verilməsi hədəflənir.

Bunu "Far.Az"a açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, stansiyada tikinti işləri bitib: "Hazırda tamamlama işləri icra olunur. Orada xüsusi memarlıq həlli tətbiq olunur. Həmin materialların ölkə xaricindən gətirilməsi, logistika və sair kimi məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib. İşlər qrafik üzrə gedir. Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir".

Oxşar xəbərlər

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Prezident Ağdərədə "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər