Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb
Far.Az xəbər saytı

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb


"Bakı Metropoliteni" QSC-nin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində indiyə qədər tunelin 63 metrlik hissəsində qazma işləri icra olunub.

Bunu "Far.Az"a açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

O xatırladıb ki, layihə çərçivəsində ümumi uzunluğu 211 metr olan tunel qazılmalıdır: "İşlər planlı şəkildə, qrafikə uyğun olaraq davam etdirilir".

Metro rəsmisinin sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması kompleks layihədir: "Belə layihəni beynəlxalq maliyyə təşkilatları maliyyələşdirir və layihə bazasında artıq proseslər davam edir. Yəni tender prosesinə hazırlıq gedir. Qalibi elan olunduqdan sonra tikinti işlərinə başlanılacaq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər