Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Far.Az xəbər saytı

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib


Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib.

"Far.Az" AFFA-ya istinadən xəbər verir ki, bu, oktyabrın 22-də start götürəcək yarış çərçivəsində Bakıya gələn ilk kollektivdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan komandanın gəlişi ilə turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.

Oktyabrın 22-dən 30-dək davam edəcək beynəlxalq turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Futbolçuları bir araya gətirəcək yarışın təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
FHN Qəbələ aeroportunda təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər