Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu
Far.Az xəbər saytı

Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu


Bakı-Sumqayıt yolunda nəqliyyatın intensivliyi atmosfer havasının keyfiyyətinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

Xüsusilə, səhər və axşam saatlarında Bakı-Sumqayıt yolunda, eləcə də Xırdalan istiqamətində avtomobillərin hərəkətinin intensivləşməsi və uzunmüddətli tıxacların yaranması müşahidə olunur.

Mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitələrinin çox olduğu ərazilərdə avtomobillərdən atmosferə atılan emissiyaların təsiri lokal olaraq arta bilər.

Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Qeyd olunur ki, benzin və dizellə işləyən mühərriklərdən müxtəlif çirkləndirici maddələr atmosferə daxil olur. Tıxac zamanı avtomobillərin mühərriklərinin uzun müddət işlək vəziyyətdə qalması isə atmosferə atılan emissiyaların artmasına səbəb ola bilər.

Bildirilib ki, nəqliyyatın intensiv olduğu ərazilərdə atmosfer havasının keyfiyyətinə müəyyən təsirlərin olması təbiidir. Xüsusilə, səhər və axşam saatlarında avtomobillərin daha çox hərəkət etdiyi və tıxacların yarandığı pik vaxtlarda nəqliyyat vasitələrindən atmosferə buraxılan emissiyaların təsiri lokal olaraq arta bilər.

Bakı-Sumqayıt yolu, iri yol qovşaqları və avtomobil sıxlığının yüksək olduğu digər ərazilərdə də bu amilin nəzərə alınmasının vacib olduğu vurğulanıb.

Mütəxəssislər hesab edirlər ki, nəqliyyatın intensivliyi artdıqca avtomobillərdən atmosferə atılan emissiyaların həcmi də artır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər