"Trend" 31 yaşını qeyd edir
Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 31 il ötür.
"Report" xəbər verir ki, "Trend" Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.
2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.
"Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.
"Trend"in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
"Report" İnformasiya Agentliyi "Trend"də çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
"Qarabağ" Dani Boltla yolları ayırıb
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir?













