Makron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Far.Az xəbər saytı

Makron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək


Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur davam edən etirazları başlayandan bəri ilk görüşdür.

Makron həmçinin oktyabrın 24-nə planlaşdırılan nümayişlərə hazırlıq məqsədilə müdafiə məsələləri üzrə şuranın yeni iclasını keçirəcək.

Qeyd edək ki, dünən Makron həmkarlar ittifaqları tərəfindən təşkil edilən aksiyalar istisna olmaqla, yaxın günlərdə bütün nümayişlərin keçirilməsinə qadağa qoyulduğunu elan edib.

Polis idarəsi oktyabrın 22-dən 25-dək hər gün saat 23:00-dan növbəti gün saat 6:00-dək Respublika meydanı və Ales sektoru ərazilərində komendant saatının tətbiq edilməsi barədə əmr verib.

Fransada təhsil şəraitinə qarşı çıxış edən yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayan kütləvi etirazlar artıq bir aydan çoxdur ki, davam edir. Sonradan etirazlara qiymət artımına, aşağı əməkhaqlarına və s. qarşı çıxış edən müxtəlif peşə nümayəndələri qoşulub.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər