Britaniya rəsmisi: Balkanların təhlükəsizliyi Avropaya inteqrasiyanın gücləndirilməsi ilə birbaşa bağlıdır
Balkan regionunun təhlükəsizliyi Avropaya inteqrasiya xəttinin gücləndirilməsi ilə birbaşa bağlıdır.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Avropa məsələləri üzrə məsul nazir müavini Lord Stüart Vud (Lord Stewart Wood) deyib.
O, Berlin Prosesinin regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib:
"Berlin Prosesi bu region ölkələrini bütün Avropadakı dostları və tərəfdaşları ilə bir araya gətirən həyati əhəmiyyətli diplomatik platformadır və hökumətimizi burada təmsil etməkdən qürur duyuram. Ölkələr arasında və bütövlükdə Avropa İttifaqı məkanında dostluq və tərəfdaşlıq əlaqələrinin qurulması hər bir vətəndaşın rifahı üçün həlledici rol oynayır".
Britaniyalı nazir müavini sammit çərçivəsində aparılacaq müzakirələri və əldə olunacaq nəticələri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
"Avropa İttifaqının üzvü olmaya bilərik, lakin yaxşı bilirik ki, bu regionun təhlükəsizliyi və rifahı bölgə ölkələrinin Avropaya inteqrasiya xəttinin gücləndirilməsi ilə birbaşa bağlıdır", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın rəhbəri "Wood" şirkətinin icraçı prezidenti ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər













