İlhamə Qədimova: "Yeni qanunlar rəqəmsallaşmanı və beynəlxalq standartları əhatə edir"
Azərbaycanda toxumçuluq və balıqçılıq sahəsində yeni qanunlar rəqəmsallaşmanı və beynəlxalq standartları əhatə edir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Milli Məclisin iyulun 14-də qəbul etdiyi və ötən ay ölkə Prezidentinin imzaladığı hər iki sənəd 1997 və 1998-ci illərdə qəbul olunmuş köhnə qanunları əvəz edir: "Bu dövrdə həm ölkədəki, həm də dünyadakı yeniliklər, eləcə də qanunvericiliyin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti bu dəyişiklikləri şərtləndirib".
İ.Qədimova qeyd edib ki, sənədlərə gətirilən ən böyük yeniliklərdən biri rəqəmsallaşmanın tətbiqidir: "Ölkəmizdə və ümumilikdə dünyada elektronlaşma çox böyük vüsət alıb və bu, bir çox sahələrə də təsir edib. İstər toxumçuluq, istər balıqçılıq sahələrində rəqəmsallaşmanın tətbiqi adı çəkilən qanunlardakı ən böyük yeniliklərdən biridir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













