ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
Far.Az xəbər saytı

ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb


Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Far.Az Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 3 milyard 841 milyon ABŞ dolları və yaxud 5,5 % çoxdur.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,9 %-i (52 milyard 466,8 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 3,1 faiz bəndi çoxdur.

Əvəzində investisiya portfelində avronun payı 3,2 faiz bəndi azalaraq 16,8 %-ə (10 milyard 993,4 milyon) düşüb.

Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi azalaraq 4,8 % (2 milyard 554,7 milyon), Çin yuanının payı dəyişməyərək 2,3 % (11 milyard 615,3 milyon), yapon yeninin payı 0,1 faiz bəndi artaraq 1,5 % (169 milyon 479,4 min), digər xarici valyutaların payı isə 0,1 faiz bəndi artaraq 3,7 % (2 milyard 743,9 milyon dollar ekvivalentində) təşkil edib.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ARDNF-nin investisiya portfelində dolların payı 70 %-i keçib
ARDNF-in investisiya portfelində dolların payı 71 %-i keçib
ARDNF-in investisiya portfelində dolların payı 70 %-ə yaxınlaşıb
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər