AXA: Azərbaycanda yerli toxum təminatı 2030-cu ilə qədər 100 %-ə çatdırılacaq
Azərbaycanın ərzaq təhlükəsizliyinin və yüksək məhsuldarlığın əsasında keyfiyyətli toxumlar dayanır.
"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Taleh Zeynalov yeni qəbul olunmuş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunların tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, keyfiyyətli toxumçuluğun inkişafı və bu sahədə rəqəmsallaşmanın tətbiqi əsas prioritetlərdəndir: "İlkin mərhələdə orijinal toxumdan son mərhələyə - fermerə çatana qədər olan bütün proseslərdə mütəmadi olaraq sahə və qrunt nəzarəti həyata keçirilir, laborator analizlər üçün nümunələr götürülür. Artıq müvafiq qaydaların hazırlanması ilə bağlı tapşırıqlar verilib. Qaydalar 5 ay ərzində Nazirlər Kabinetinə, 3 ay ərzində isə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır".
T. Zeynalov vurğulayıb ki, yeni qaydalara əsasən sahə və qrunt nəzarəti, eləcə də laborator tətbiqlər beynəlxalq təcrübəyə uyğun aparılacaq: "Yekun məqsəd fermerlərə keyfiyyətli toxumun çatdırılması və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsidir. Qanunvericiliyin təkmilləşdirilməsi də məhz ölkədə məhsuldar toxumların əldə olunmasına və xarici toxumdan asılılığın azaldılmasına xidmət edir. Toxum ölkə üçün strateji məhsuldur".
Agentlik rəsmisi hazırkı göstəricilər və qarşıda duran hədəflər barədə də məlumat verib: "Hazırda ölkədə yerli toxum təminatı səviyyəsi 54 % təşkil edir ki, bu da aşağı göstəricidir. Prezident İlham Əliyev tərəfindən qəbul olunan Dövlət Proqramında 2030-cu ilə qədər buğda və arpa üzrə toxum təminatının 100 %-ə çatdırılması hədəf qoyulub. Biz bu göstəriciyə nail olmaq üçün nəzərdə tutulan bütün fəaliyyətləri icra etməliyik".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycanda "Toxumçuluq haqqında" qanun qüvvəyə minib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













