Yelena Şabovta: "Azərbaycanın voleybol millisi son 5-6 ilin ən yaxşı oyunlarını qrupda keçirdi"
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin son 5-6 ildə ən yaxşı oyunları Bakıda keçirilmiş Avropa çempionatının qrup mərhələsində olub.
Bu barədə "Report"a komandanın sabiq üzvü Yelena Şabovta açıqlama verib.
O, yığmanın qitə turnirindəki çıxışı barədə danışıb:
"Düşünürəm ki, milli komanda son 5-6 ildə ən yaxşı oyunlarını qrup mərhələsində keçirdi. Əlbəttə, daha çox şey gözləyirdik və həqiqətən də möcüzəyə ümid edirdik. Amma təəssüf ki, idmanda möcüzələr baş vermir. Nəticələr gündəlik çalışmaqdan, hazırlıqdan və əlbəttə ki, güclü oyunçuların mövcudluğundan asılıdır. Bizə istedadlı və rəqabət apara biləcək oyunçular lazımdır. Təəssüf ki, hazırda praktik olaraq belə bir seçim yoxdur".
Y.Şabovta gənc voleybolçularla görüşünə toxunub:
"Mən həmçinin Azərbaycan gənclər komandası ilə görüşdüm və qızları çox bəyəndim. Onların həvəsi, işləmək və inkişaf etmək istəkləri göz qabağındadır. Bu, çox ruhlandırıcıdır və gələcəyə ümid verir".
Keçmiş voleybolçu millinin 1/8 finalda bu gün Türkiyəyə qarşı keçirəcəyi qarşılaşmaya da toxunub:
"Rəqib turnirin favoritlərindən biridir. Onlar son 20-25 ildə daim yüksək səviyyədə oynayan çox yaxşı formalaşmış komandadır. Oyunçuların həm millidə, həm də güclü klublarda böyük təcrübəsi və yaxşı oyun təcrübəsi var. Komandamıza özünəinam, birlik və meydanda əsl mübarizə arzulayıram. Özlərinə inansınlar, hər top uğrunda mübarizə aparsınlar və oyundan zövq alsınlar".
Xatırladaq ki, Türkiyə - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 20:00-da İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında start götürəcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













