"Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib ki, Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
Far.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidentinin Bişkekə səfərinə dair hazırladığı süjetdə qeyd edilir.
"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular" , - deyə İlham Əliyev çıxışında vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
Süjetdə İlham Əliyevin BMT-nin qətnamələrin icrasını yerinə yetirə bilməməkdə tənqid etdiyinə diqqət çəkilir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvəl icra olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirib:
"Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur".
Oxşar xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













