"Tasnim": ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var – YENİLƏNİB-3
ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı 50 nəfərə çatıb.
Bu barədə "Far.Az" "Tasnim"ə istinadən xəbər verir.
Qeyd olunur ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb. Hücum zamanı daha 2 nəfər ölüb.
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, ölən və yaralananlar var.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb.
"Sirikdə bir toy mərasiminə hücum zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb", - məlumatda bildirilib.
Ümumilikdə Sirikdə 20 nəfərin yaralandığı vurğulanır.
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var.
"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, bir neçə vətəndaş yaralanıb.
"Ölənlərin olması da istisna edilmir, məsələ hazırda araşdırılır", - məlumatda bildirilib.
Qeyd olunub ki, toy mərasiminin keçirildiyi yer hava zərbələrinə məruz qalıb.
ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, Konarakda 6 partlayış baş verib.
Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.
"Tasnim"in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib", - məlumatda qeyd olunub.
Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirib.
Oxşar xəbərlər
Masallıda ağır QƏZA: Ölənlər və yaralananlar var
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













