Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək
Far.Az xəbər saytı

Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək


Sumqayıt şəhərində "Sumqayıt bazarı" və "Saray bağları" adlanan ərazilər istiqamətində hərəkət edən 17 və 17A avtobuslarının həm köhnə olması, həm də intervalı ilə bağlı şikayət var.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən marşrut xətti üzrə avtobuslar hələ də yenilənməyib. Həmçinin avtobusun intervalı səbəbi ilə sərnişinlər mənzil başına 45-50 dəqiqəyə çatırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Sumqayıt şəhəri və ətraf ərazilər üzrə marşrut şəbəkəsinin təhlili və yenidən formalaşdırılması aparılır.

"Bu işlər çərçivəsində marşrutlar müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində avtobusların yenilənməsi həyata keçirilir. Qeyd edilən xətlər üzrə də zəruri tədbirlərin görülməsi nəzərdə tutulub".

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək
Bu marşrut xəttlərinin avtobusları tam elektrikləşdirilib
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər