İRİA: Dövlət nəqliyyat şirkətlərinin əməliyyat çətinliklərinin həllində yerli startaplara üstünlük veriləcək
"Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də müəyyən ediləcək əməliyyat problemlərinin innovativ həlli üçün ilk növbədə yerli startaplara üstünlük veriləcək.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli "Plug and Play × IDDA – Industry Challenge" innovasiya vörkşopunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbir İRİA ilə ABŞ-nin "Plug and Play" şirkətinin əməkdaşlığı çərçivəsində keçirilir.
"Bugünkü tədbirin əsas məqsədi innovasiya fəaliyyətlərinin dövlət qurumlarında və dövlət şirkətlərində tətbiqini təşviq etməkdir. Tədbir çərçivəsində "Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə onların real əməliyyat çətinliklərini müəyyən edəcəyik. Daha sonra həmin çətinliklərə uyğun olaraq startapları və böyük texnologiya şirkətlərini onların həllinə yönəldəcəyik", - deyə T.Kərimli bildirib.
O qeyd edib ki, bu cür vörkşopların əsas məqsədi innovasiyanın yalnız müzakirə səviyyəsində qalmasının qarşısını almaq və innovativ həllərin konkret problemlərin aradan qaldırılmasına yönəldilməsidir.
"Plug and Play" korporativ innovasiyalar sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Tədbirin ilkin mərhələsində "Bakı Metropoliteni" və ADY-nin sahə üzrə ekspertləri və əməkdaşları prosesə cəlb olunublar. Əsas məqsədimiz onların əməliyyat çətinliklərini müəyyənləşdirmək və həmin problemlərə innovativ layihələr və startaplar vasitəsilə həll tapmaqdır. Bu gün və sabah keçiriləcək tədbirlər çərçivəsində həmin çətinlikləri müəyyən edəcəyik. Bundan sonra problemlərə uyğun startapların cəlb olunması nəzərdə tutulur", - deyə İRİA-nın departament müdiri əlavə edib.
T.Kərimli vurğulayıb ki, bu prosesdə yerli startaplar prioritet təşkil edəcək.
"Əgər müəyyən edilmiş problemə uyğun yerli startap varsa, ilk növbədə ona üstünlük veriləcək. Yerli startap olmadığı halda regional startaplara müraciət edəcəyik. Regional səviyyədə də uyğun həll tapılmasa, qlobal startapları və texnologiya şirkətlərini həmin problemlərin həllinə cəlb edəcəyik", - deyə o bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan–Ermənistan sərhədindən Ordubada uzanan dəmir yolunda tikinti işləri başladı - ADY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













