ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir
Far.Az xəbər saytı

ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir


Ötən il 69,206 ha ərazi mina və partlamamış sursatdan təmizlənərək Azərbaycan üçün ən yüksək nəticə göstərilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, bu il üçün də hədəf 65 min hektarı ötməkdir. Hazırda bu rəqəm 49,862-dir:

"Dünyada minalarla çirklənmə ən böyük problemlərdən biri olaraq qalır. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin təxmini sahəsi 11,667 min kvadratkilometrdir. Eyni zamanda, həmin ərazilərdə 1 milyondan çox minanın olduğu təxmin edilir".

S.Poladov onu da qeyd edib ki, 1991-ci ildən bu yana minalarla bağlı 3 500-dən çox insan zərər çəkib.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər