Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
Far.Az xəbər saytı

Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər


Oktyabrın 21-də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına (TÜRK-AY) üzv və müşahidəçi ölkələrin konstitusiya məhkəmələrinin nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Baku TV-nin məlumatına görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinə gediblər. Nümayəndə heyətinin üzvləri bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil və elmi imkanlarla tanış olublar.

Sonra Qarabağ Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüş zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı, hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər