Zelenski: ABŞ Ukraynada Starlink rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib
Far.Az xəbər saytı

Zelenski: ABŞ Ukraynada Starlink rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib


ABŞ Ukraynada Starlink peyk rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib. Bununla belə, mütəxəssislər və diplomatlar məsələ üzərində işləməyə davam edirlər.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 22-də Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

"Ukrayna tərəfi ABŞ-dakı tərəfdaşları ilə daim əlaqə saxlayır və rabitənin bərpa olunacağı vaxtla bağlı dəqiq məlumat gözləyir. Hələlik sistemin tam imkanları bərpa edilməyib və biz bu məsələ üzərində işləyirik. ABŞ dövlət katibi Marko Rubiodan cavab gözləyirəm. O, 48 saatdan çox vaxt lazım olduğunu bildirib və məsələ ilə bağlı məlumat verəcəyinə söz verib. Sabah diplomatlar əlaqə saxlayacaqlar", – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin Rusiyanın hücumlarının davam etdiyini və ölkəsinin ABŞ-ın dəstəyinə ehtiyac duyduğunu vurğulayıb. Onun sözlərinə görə, dialoq imkanının mövcudluğu və Rusiyanın danışıqlara hazır olması müsbət haldır. Buna görə də Ukrayna üçtərəfli təmasları dəstəkləyir.

"Amerikanın mövqeyi bizi gücləndirməlidir, xüsusilə də vəziyyətin çətin olduğu bir vaxtda", – deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti onu da əlavə edib ki, Rusiya ordusu Ukrayna şəhərlərinə zərbələrini artıracaq: "Onlar bilirlər ki, ABŞ bizə "Patriot" havadan müdafiə sistemini məhdudlaşdırıb".

Oxşar xəbərlər

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər