Mariya Kirilyuk: "Avropa çempionatında əla iş gördük və böyük təcrübə qazandıq"
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında əla iş görüb və böyük təcrübə qazanıb.
Bu barədə "Report"a açıqlamasında yığmanın üzvü Mariya Kirilyuk deyib.
31 yaşlı idmançı turnirin 1/8 finalında Türkiyəyə uduzduqları (0:3) oyun haqqında danışıb:
"Avropa çempionatında çıxışımız başa çatdı. 1/8 finala yüksəldik və Türkiyə ilə qarşılaşdıq. Təəssüf ki, 0:3 hesabı ilə uduzduq və mübarizəni dayandırdıq. Nəticəyə baxmayaraq, düşünürəm ki, turnirdə əla iş gördük və böyük təcrübə qazandıq. Belə bir yarışda iştirak etmək, ölkəmi təmsil etmək və Avropanın ən güclü komandalarına qarşı oynamaq mənim üçün böyük şərəf və məmnuniyyət idi".
M.Kirilyuk komandada bəzi çatışmazlıqların olduğunu etiraf edib:
"Hələ də üzərində işləməli olduğumuz məqamları gördük və əminəm ki, bu təcrübə gələcəkdə bizə mütləq kömək edəcək. Komandamıza, məşqçilərimizə və turnir ərzində bizi dəstəkləyən hər kəsə təşəkkür edirik".
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"













