Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı
Xətai Rayon Məhkəməsinin hakimlərinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı işə baxmaqdan imtina etmələrinin səbəbi məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıda kafedə baş verən kütləvi dava ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin altı maddəsi üzrə ittiham irəli sürülüb.
O, Cinayət Məcəlləsinin 218.1 və 218.2-ci maddələri, eləcə də 234.4.1 və 234.4.3-cü maddələri və həmin maddələrlə əlaqəli cinayətə cəhdlə bağlı müddəalar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.Məlumata görə, hakimlərin etirazına səbəb Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də Xətai Rayon Məhkəməsində hakim işləməsidir.
Bununla əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya Məhkəməsinin qərarı ilə Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı
Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
-
"Anamla atam ailə qurmağımı istəyir"













